İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı

10:15 11 May 2026

“Türkiş Eyrlens" aviaşirkətinə məxsus İstanbul-Katmandu reysi Nepalın paytaxtındakı Tribxuvan beynəlxalq hava limanına eniş zamanı alovlanıb.

Sitat.info xəbər verir ki, bu barədə hava limanı administrasiyası məlumat yayıb.

İlkin mənbəyə görə, eniş zamanı təyyarənin şassi təkərlərindən birində yanğın baş verib.

Təyyarədə ekipaj üzvləri daxil olmaqla 284-289 nəfər olub. Onların hamısı təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



Xəbər xətti