İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

10:50 11 May 2026

İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və “Mossad” üçün casusluqda ittiham olunan şəxs edam edilib.

Sitat.info xəbər verir ki, bu barədə İran məhkəmə sistemi məlumat yayıb.

İran məhkəmə sistemi İrfan Şəkurzadənin Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq ittihamı ilə edam olunduğunu açıqlayıb.

Şəkurzadənin ölkənin mühüm elmi qurumlarından birində çalışdığı dövrdə xarici xüsusi xidmət orqanları ilə əlaqə yaratdığı bildirilib.

Məlumata əsasən, o, xüsusilə MKİ və “Mossad”la əməkdaşlıq edərək ixtiyarında olan məxfi məlumatları qarşı tərəfə ötürməkdə təqsirli bilinib.

Qeyd olunub ki, Şəkurzadə fəaliyyəti dövründə peyk layihələri ilə bağlı şirkətdaxili məlumatları xarici tərəfə təqdim edib və bunun müqabilində kriptovalyuta formasında ödəniş alıb.

İran məhkəmə sistemindən o da bildirilib ki, aşkarlanan elektron yazışmalarda Şəkurzadənin ABŞ vizası və həmin ölkədə təhsil almaq üçün qarşı tərəfdən yardım istədiyi müəyyən olunub.



Xəbər xətti