Qurbanlıq heyvanlar kəskin bahalaşdı -  QİYMƏTLƏR

11:30 12 May 2026

Qurbanlıq heyvanların qiymətində kəskin artım müşahidə olunur.

“Sitat.info”nun əməkdaşı Binə qəsəbəsində yerləşən qoyun bazarında qiymətlərlə maraqlanıb.

Qurbanlıq qoyunlar diri çəki ilə satıldığından qiymətlər də heyvanın çəkisinə görə dəyişir. Hazırda bazarda heyvanın diri çəkisinin bir kiloqramı 11 manata təklif olunur.

Qeyd edək ki,  ən az 6 ayı tamam olan heyvanlar qurban kimi kəsilə bilər. Bu  heyvanların diri çəkisi təxminən 30-32 kiloqramdan başlayır. Belə olduğu halda isə minimum 330 manatdan təklif olunur. Bu qiymətə satılan qoyundan 2-13 kq ət almaq olur. 

Qoçların diri çəki ilə  kiloqramı isə 9-10 manatdan satışa çıxarılır. Alıcıların sözlərinə görə, bazarda daha çox cavan heyvanlara üstünlük verilir, yaşlı heyvanların alıcılığı aşağıdır.

Qeyd edək ki, hazırda bayrama 2 həftəlik müddət var, Qurban bayramı yaxınlaşdıqca qiymətlər daha da artacaq. Hazırda diri çəki 11 manatdan təklif olunursa, bayram ərəfəsində bu rəqəmin 12-13 manata yüksələcəyi gözlənilir.

Satıcılar isə ötən illə müqayisədə qiymətlərdə hər kiloqrama görə 1,5-2 manat artım olduğunu deyirlər. Onların sözlərinə görə, bahalaşma əsasən yem qiymətləri və daşınma xərclərinin artması ilə bağlıdır.

Səid
Sitat.info

 



Xəbər xətti