14 yaşlı Əli Əhədovun həyatı üçün dəstəyə ehtiyac var - FOTOLAR

16:18 12 May 2026

14 yaşlı Əhədov Əli ağır xəstəliklə mübarizə aparır və cəmiyyətimizin dəstəyinə ehtiyac duyur.

Türkiyənin Ankara şəhərində yerləşən SBU Gülhane Təhsil və Araşdırma Xəstəxanasının Uşaq Hematologiya və Onkologiya şöbəsində müalicə alan Əliyə “T-hüceyrəli kəskin leykoz” diaqnozu qoyulmuşdur. 19 yanvar 2026-cı il tarixindən etibarən xəstəxanada müalicə və müşahidə altındadır. Həkim rəyinə əsasən, müalicə müddəti qeyri-müəyyəndir və xəstənin yanında daim refakatçı (anası) qalmalıdır.

Əli savadlı, nümunəvi və gələcək arzuları olan bir şagirddir. Onun sağlamlığına qovuşması üçün uzunmüddətli və yüksək xərcli müalicə prosesi tələb olunur. Bu səbəbdən ailə ictimaiyyətə müraciət edərək dəstək istəyir.

Hər bir yardım Əlinin həyatına ümid, gələcəyinə isə işıq deməkdir.

Dəstək olmaq istəyənlər üçün bank məlumatları:

Ad: Təranə Aslanova (anası)
Bank: Kapital Bank
Hesab nömrəsi: 4169738826642286

Cəmiyyətimizi bu çətin vəziyyətdə olan balamıza dəstək olmağa çağırırıq.

Birlikdə Əliyə sağlam gələcək bəxş edə bilərik.

 




Xəbər xətti