Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.
Partlayış nəticəsində azı 7 nəfər, o cümlədən 2 polis əməkdaşı və 5 mülki şəxs ölüb.
Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.
APA