Dağıstanda yolda aşınma - 8 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

18:50 12 May 2026

Dağıstanda səkkiz yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
 
Çarodinski rayonundakı Tsurib-Arçib avtomobil yolunun 27-ci kilometrliyində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Mayın 11-i axşamdan etibarən Risor çayının məcrasının dəyişməsi və müvəqqəti körpü ilə yolun birləşdiyi hissənin aşınması səbəbi ilə yol bağlanıb.
 
Nəticədə Şalib, Alçunib, Arçib, Keseriba, Xilih, Xitab, Kalib və Kubatlı yaşayış məntəqələri ilə nəqliyyat əlaqələri kəsilib.



Xəbər xətti