Litva Silahlı Qüvvələri Hörmüz boğazında beynəlxalq əməliyyatlarda iştirak üçün hərbçilər və minatəmizləmə bölmələri təqdim edə bilər.
Bu barədə Litva Silahlı Qüvvələrinin və Milli Müdafiə Nazirliyinin bəyanatına istinadən ölkənin milli yayım şirkəti (LRT) məlumat yayıb.
Bildirilib ki, Litva bölgəyə hərbi qulluqçular və mülki şəxslərdən ibarət 40 mütəxəssis göndərə bilər. Ölkənin Silahlı Qüvvələri hazırda iştirakın konkret variantlarını qiymətləndirir.
Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, yekun dəstək paketi hələ ki müttəfiqlərlə razılaşdırılır.