31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı

19:26 12 May 2026

Göyçayda 31 yaşlı qadın qətlə yetirib.

Sitat.info xəbər verir ki, hadisə bu gün saat Qarabaqqal kəndində yerləşən kafedə baş verib.

İlkin məlumata görə, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

///Qafqazinfo



Xəbər xətti