Belarus Silahlı Qüvvələri ayrı-ayrı bölmələri döyüşə hazırlamaq üçün səfərbər etməyə başlayacaq.
Sitat.info BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Söz verdiyim kimi, biz bölmələri seçərək onları müharibəyə hazırlamaq üçün səfərbər edəcəyik. İnşallah, bundan qaça bilərik”, - Belarus lideri deyib.
O vurğulayıb ki, Minsk sülhə sadiq olsa da, ordu döyüşə hazır olmalıdır.