Dünən axşam saatlarında Tehran və Mazandaran əyalətlərinin sərhədində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tehran və Dəmavənd şəhərlərində də hiss olunub.
Sitat.info xəbər verir ki, məlumata görə, saat 23:47-də meydana gələn zəlzələ 5–10 saniyə davam edib. Bundan təxminən bir saat əvvəl isə Pardis bölgəsində 3,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlardan sonra Qızıl Aypara Cəmiyyətinin bütün xilasetmə qrupları, habelə, fövqəladə hallar xidmətləri tam hazırlıq vəziyyətinə gətirilib.