Pediatriya Mərkəzinin direktoru bu şəxs oldu

14:17 13 May 2026

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

Sitat.info  xəbər verir ki, E.Rəhimov 2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir. 

Xatırladaq ki, Mərkəzin əvvəlki direktoru Azər Əhmədov ötən gün vəzifəsindən azad olunub. /Qafqazinfo



Xəbər xətti