Tehran Vaşinqton qarşısında 5 əsas tələbini təkrar irəli sürdü

09:32 20 May 2026

Tehran Vaşinqton qarşısında 5 əsas tələbini təkrarlayıb.

Sitat.info xarici mediaya istinadsən xəbər verir ki, İran ABŞ-dan əvvəlki kimi bunları tələb edir:
-  Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını;
-  ABŞ qoşunlarının İran yaxınlığındakı bölgələrdən çıxarılmasını;
-  təzminat ödənilməsini;
 -  sanksiyaların ləğv edilməsini və dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını;
-  ABŞ-nin dəniz blokadasına son qoymasını.
Bununla belə, yüksək rütbəli bir İran rəsmisi Vaşinqtonun bəzi tələblərini yumşalda biləcəyinə işarə edib. İddia olunur ki, İran bütün aktivlərin tamamilə sərbəst buraxılmasını istəsə də, ABŞ dondurulmuş İran vəsaitlərinin dörddə birini (on milyardlarla dollar) sərbəst buraxmağa razılaşıb. Həmçinin bildirilir ki, Vaşinqton İranın AEBA-nın ( Atom Enerjisi Beynəlxalq Agentlik) nəzarəti altında müəyyən dərəcədə dinc nüvə fəaliyyətini davam etdirməsinə icazə verməyə razılıq verib.

Eyni zamanda, amerikalı bir rəsmi Vaşinqtonun danışıqlar zamanı İrana qarşı neft sanksiyalarını dayandırmağa razı olması barədə məlumatı təkzib edib.

Nigar,

Sitat.info 



Xəbər xətti