Esvatini Kralı Bakı Ali Neft Məktəbində - Fotolar

09:59 20 May 2026

Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

Sitat.info  xəbər verir ki, fəxri qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.

BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Kral III Msvatinin BANM-in tələbə və əməkdaşları ilə görüşü keçirilib.

Görüşdə çıxış edən rektor Elmar Qasımov Kral III Msvati və nümayəndə heyətini Bakı Ali Neft Məktəbində görməkdən böyük şərəf duyduğunu, bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyətli olduğunu bildirib.

Kral III Msvati çıxışında BANM-də olmaqdan məmnunluğunu ifadə edib, Ali Məktəbin müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də BANM-də təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşün sonunda Kral III Msvatiyə BANM-in “Fəxri qonaq” plaketi təqdim olunub.

Daha sonra Kral III Msvati Bakı Ali Neft Məktəbinin xatirə kitabına ürək sözlərini yazıb.

 









Xəbər xətti