Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Məlumata görə, minimum qiymətlər Yevlax–Tiflis üzrə 67 manat, Gəncə–Tiflis üzrə 62 manat, Ağstafa–Tiflis üzrə 57 manat, Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.
Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.