Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq

17:21 20 May 2026

Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.

Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: 67 AZN-dən, Gəncə-Tbilisi: 62 AZN-dən, Ağstafa-Tbilisi: 57 AZN-dən, Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır. 

Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.



Xəbər xətti