BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Hörmüz boğazında mümkün fasilənin dünya üzrə ciddi ərzaq qiyməti böhranına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, “Əl-Cəzirə”nin yaydığı məlumata görə, təşkilat bu vəziyyətin qlobal kənd təsərrüfatı və ərzaq sistemində yeni şok dalğası yarada biləcəyini bildirib.
Qeyd olunub ki, Hörmüz boğazında yaranacaq problem ilk növbədə enerji daşıyıcılarının qiymətinə təsir göstərəcək. Bu isə gübrə və toxum qiymətlərinin artmasına, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə və nəticədə dünya bazarında ərzaq inflyasiyasının sürətlənməsinə səbəb ola bilər.
Nəşr bildirir ki, BMT ərzaq qiymətlərində artımın davam etdiyi bir dövrdə hökumətləri alternativ ticarət və nəqliyyat marşrutlarını genişləndirməyə çağırıb. Eyni zamanda ölkələrə ixrac məhdudiyyətlərindən yayınmaq tövsiyə olunub.
Təşkilat hesab edir ki, vaxtında tədbir görülməzsə, böhran bir çox ölkələrdə ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlər yarada bilər.
Nigar,
Sitat.info