26 mindən çox maşın utilizasiya edildi

19:37 20 May 2026

Ölkə üzrə indiyədək istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası çərçivəsində 26 mindən yuxarı nəqliyyat vasitəsi utilizasiya edilib.
 
Sitat.info xəbər verir ki, bunu Təmiz Şəhər ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların İdarə Edilməsinin Dairəvi İqtisadiyyata Doğru İrəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.
 
O bildirib ki, artıq il yarımdır ki, işlənmiş, istifadəyə yararsız nəqliyyat vasitələri emal edilir.



Xəbər xətti