Bu ərazilərdə qaz kəsiləcək

19:50 20 May 2026

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, Suraxanı rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaraçuxur və Günəşli qəsəbələrində bəzi ərazilərin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



Xəbər xətti