ABŞ prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında mayın 19-da İran məsələsi ilə bağlı telefon danışığı olub.
Sitat.info xəbər verir ki, “Axios”un məlumatına görə, tərəflər İranla bağlı atılacaq addımlar barədə fikir ayrılığı yaşayıblar. İddia olunur ki, danışıqdan sonra Netanyahu narahatlıq keçirib.
Məlumata əsasən, Tramp Netanyahuya bildirib ki, vasitəçilər ABŞ və İranın imzalaya biləcəyi “niyyət məktubu” üzərində işləyirlər. Bu sənədin müharibəni rəsmi şəkildə dayandırması və İranın nüvə proqramı ilə Hörmüz boğazının açılması məsələləri üzrə 30 günlük danışıqlara başlanması nəzərdə tutulur.
İddialara görə, Netanyahu yaxın həftələrdə Trampla görüşmək üçün Waşinqton şəhərinə səfər etmək istəyir.
Məlumatda həmçinin qeyd olunur ki, Qatar və Pakistan digər regional vasitəçilərlə birlikdə “yenilənmiş sülh mətni” hazırlayıb. Qətər son layihəni müzakirə etmək üçün bu həftənin əvvəlində Tehran şəhərinə nümayəndə heyəti göndərib.
Bununla yanaşı, İranın bu layihəni qəbul edib-etməyəcəyi və mövqeyində ciddi dəyişiklik edib-etməyəcəyi hələ məlum deyil.
Nigar,
Sitat.info