Kılıçdaroğlu CHP-nin başına gətirildi

20:15 21 May 2026

Ankara məhkəməsi Türkiyənin aparıcı müxalifət partiyası ilə bağlı qalmaqallı qərar verib.

 

Sitat.info xəbər verir ki, qərarla Kamal Kılıçdaroğlu CHP-yə qəyyum təyin edilib.
Qeyd edək ki, o, 2023-cü ildə keçirilən qurultayda partiya sədrliyini hazırkı rəhbər Özgür Özələ uduzmuşdu.
 
Məhkəmənin 36-cı Mülki İşlər üzrə Kollegiyası CHP qurultay işini “tamamilə etibarsız” hesab edib. Qərara əsasən, CHP-yə rəhbərlik edən Özgür Özel və onun administrasiyası müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılır, Kamal Kılıçdaroğlu və onun administrasiyası isə yenidən vəzifələrinə qaytarılır.



Xəbər xətti