Əli Əsədov Türkmənistana getdi

21:01 21 May 2026

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

Sitat.info xəbər verir ki, Baş nazir Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, eləcə də Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.



Xəbər xətti