Bakıda yaşlı qadının PULUNU BELƏ OĞURLADILAR

12:08 22 May 2026

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən bankomatların birində yaşlı qadın pul çıxararkən dələduzluğun qurbanı olub.

Bu barədə Sitat.info-ya zərərçəkən özü məlumat verib.

Belə ki, mayın 19-da maaş kartından vəsaitin çıxarılması üçün bankomata yaxınlaşan qadın S.Qafarova yaxınlıqdakı gəncdən kömək istəyib. O pulu çıxarıb verdikdən sonra təkar bir bəhanə ilə kartı bankomata daxil edib və əmək haqqı  kartından 300 azn avans götürüb.

Zərərçəkən dələduzluğa məruz qaldığını üç gün sonra xəbər tutub. Məsələ ilə bağlı DİN-nin "102" qaynar xəttinə müraciət edib.

Aytac,

Sitat.info

 



Xəbər xətti