Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdullanın “qadın evdə oturub övladlarına və ailəsinə baxsa daha yaxşıdır” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Sitat.info-ya açıqlamasında Kamal Abdullanın fikirləri ilə razılaşmadığını bildirib.
O qeyd edib ki, bu kimi mövzuların gündəmə gətirilməsi cəmiyyətdə əlavə narazılıq yarada bilər:
“Ümumiyyətlə belə məsələləri gündəmə gətirib cəmiyyətdə narazılıq yaratmağa ehtiyac yoxdur. Birincisi, qadın niyə evdə oturmalıdır ki? Əgər savadı və qabiliyyəti varsa, işləməlidir, ailəyə kömək etməlidir. Ər və arvad birlikdə çalışıb ailəni irəli aparmalıdırlar.
Cəmiyyətimizdə çox sayda qadın var ki, faydalı işlər görür. Biz Ərəbistanda yaşayırıq? Bu, Kamal müəllimin şəxsi fikridir. Mən isə belə düşünmürəm”.
Aytac,
Sitat.info