Bakı-Tbilisi-Bakı qatar sərnişinlərinə ŞAD XƏBƏR: Bu xidmət pulsuz OLACAQ

16:38 22 May 2026

Bakı-Tbilisi-Bakı qatarı ilə səyahət edəcək sərnişinlər üçün baqaj qaydaları açıqlanıb.

Sitat.info xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nın yaydığı məlumata əsasən, Komfort və Komfort+ siniflərində səfər edən sərnişinlər çəkisi 23 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər. Lüks sinifdə isə pulsuz baqaj limiti 30 kiloqram müəyyən edilib.

Bununla yanaşı, sərnişinlərdən kiçik əl yükü üçün əlavə ödəniş tələb olunmur.

Qaydalara əsasən, qatlanan uşaq arabalarının da pulsuz daşınmasına icazə verilir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını açıq vəziyyətdə də daşıya biləcəklər.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı mayın 25-dən fəaliyyətə başlayır.



Xəbər xətti