Ukrayna Luqanskdakı kolleci vurdu - 6 nəfər öldü, 40-a yaxın yaralı var.

19:13 22 May 2026

Ukrayna ordusu Luqanskın Starobelsk şəhərindəki kollecin yataqxanasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində yataqxananın bir korpusu tamamilə dağılıb.

Son məlumatlara görə, hadisə zamanı 6 nəfər həlak olub, 40-a yaxın yaralı var, 18 nəfər dağıntılar altında qalıb. Daha 15 nəfərin isə itkin düşdüyü bildirilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin dron zərbəsi endirdiyi vaxt yataqxanada yaşları 14 ilə 18 arasında dəyişən 86 yeniyetmə olub.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.



Xəbər xətti