Almaniyanın Düsseldorf şəhərində tramvay qəzasında 27 nəfər xəsarət alıb.
Sitat.info APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, günortada saatlarında iki tramvayın toqquşması nəticəsində 27 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağır sayılır.
Tramvaylarda 60-dan çox sərnişinin olduğu bildirilir.