Xəzər dənizində 3,4 maqnitudada zəlzələ olub.
Sitat.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 08:40-da qeydə alınıb.
Zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.