İran və ABŞ müharibəyə son qoymaq barədə razılığa gəldikdən sonra nüvə ilə bağlı məsələləri müzakirə etmək üçün 60 gün vaxt ayıracaqlar.
Sitat.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
"Razılığa gəlinib ki, müharibənin bitməsi ilə bağlı memorandum üzərində iş başa çatdıqdan sonra tərəflər 60 gün ərzində memorandumun bir sıra detallarını, eləcə də bir sıra digər mövzuları müzakirə edəcəklər. Bu mövzulardan biri nüvə ilə bağlı məsələlər olacaq", - deyə Bəqai, brifinq zamanı bildirib.
Nigar,
Sitat.info