Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki açıqlandı

18:26 25 May 2026

Bakı-Tiflis-Bakı marşrutu üzrə qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tiflisdən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

 

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tiflis stansiyalarında dayanacaq.




Xəbər xətti