Fərhad Qurbanova yüksək vəzifə verildi

20:26 25 May 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni kadr təyinatı olub.
 

Sitat.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
 

Əmrə əsasən, Fərhad Qurbanov DSMF-nin Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər - cari ilin yanvar ayından etibarən həmin departamentin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, F.Qurbanov 2001-ci ildən etibarən DSMF-də müxtəlif vəzifələrdə işləyib. O, 2001-2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005-2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019-2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi vəzifələrində çalışıb. Daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi, 2020-2025-ci illərdə isə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri vəzifəsini icra edib.



Xəbər xətti