AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sitat.info xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXIII turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sumqayıt” – "Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləriı 2500 manat cərimə edilib. "Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 8000 manat ziyana düşüb.
"Neftçi” ilə oyunda "Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimələnib. Qarşılaşmanın 65-ci dəqiqəsində "Neftçi”nin 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun oyunluq cəzalandırılıb, "ağ-qaralar” 1000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.