Böyük Britaniyadan ayrılmaq istəyirlər

18:27 27 May 2026

Şotlandiya parlamenti müstəqillik haqqında referendumun keçirilməsini dəstəkləyib.

Sitat.info xəbər verir ki, bu barədə Şotlandiya hökuməti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.“Parlament Şotlandiyanın müstəqilliyi haqqında referendumun keçirilməsinə dair çağırışların dəstəklənməsinin lehinə səs verib”, - bəyanatda deyilir.

Bildirilir ki, deputatların əksəriyyəti (72 nəfər lehinə, 55 nəfər əleyhinə) Şotlandiyanın Birinci naziri Con Suinninin Böyük Britaniyanın hökumətinə müraciətini dəstəkləyib. Nazir 1998-ci il tarixli Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq, müstəqillik referendumunun keçirilməsi səlahiyyətlərini Şotlandiya parlamentinə verəcək fərmanın imzalanmasını tələb edib.

Qeyd edək ki, Şotlandiyada sonuncu dəfə 2014-cü ildə Böyük Britaniyadan ayrılmaqla bağlı referendum keçirilib. Həmin vaxt referendumda iştirak edənlərin 55.4%-i ölkənin Birləşmiş Krallığın tərkibində qalmasına səs verib. 



Xəbər xətti