Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib

19:00 27 May 2026

İranın paytaxtı Tehran şəhərinin İmam Xomeyni hava limanında yanğın baş verib.
 
Sitat.info  "Report"a istinadən xəbər verir ki, bu barədə "Khabar Fouri" agentliyi məlumat yayıb.
 
"Bir neçə dəqiqə əvvəl İmam Xomeyni hava limanının inzibati binasında yanğın baş verib", - məlumatda bildirilib.
 
Yanğın hava limanının gömrük binasında qeydə alınıb.
 
Hadisənin səbəbi, dəyən ziyanın miqyası və ehtimal olunan qurbanlar barədə hələ dəqiq məlumat yoxdur.
 
Xilasetmə xidmətləri və yanğınsöndürənlər hadisə yerindədir.
 
Qeyd edək ki, bu hava limanı İranın əsas beynəlxalq aeroportudur və Tehrandan 30 kilometr cənubda yerləşir.



Xəbər xətti