Belçika klubunun futbolçusu millimizdə

20:13 27 May 2026

U-21 millimizin düşərgəsinə Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara qoşulub. 

Sitat.info AFFA-ya istinadən xəbər verir ki, 18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.

Xatırladaq ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-sı Bəhreyn, 9-u isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-ü Azərbaycanda anadan olub.



Xəbər xətti