İran Küveytə ballistik raket atdı

16:25 28 May 2026

 ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Küveyti ballistik raketlə hədəf aldığını və raketin Küveyt hərbçiləri tərəfindən vurulduğunu bildirib.

Sitat.info xəbər verir ki, 27 mayda İran Kuveytə ballistik raket atıb, amma Kuveyt qüvvələri raketi uğurla zərərsizləşdirib.

Bu hücum “atəşkəs pozuntusu” kimi qiymətləndirilib və əvvəlcə İranın 5 kamikadze dron göndərməsindən bir neçə saat sonra baş verib. ABŞ ordusu həmin dronları da vurub.

Eyni vaxtda İran mediası Bender Abbas yaxınlığında partlayış səsləri olduğunu yazıb. ABŞ isə İranın hərbi bölgəsinə hava zərbəsi endirdiyini bildirib. İran da cavab olaraq ABŞ hərbi bazasını hədəf aldığını açıqlayıb. Kuveyt isə raket və dron hücumuna məruz qaldığını deyib.

Aytac,

Sitat.info



Xəbər xətti