Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı

17:00 28 May 2026

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Sitat.info xəbər verir ki, yığmamız ilk görüşdə Avstriya ilə üz-üzə gəlib.

Komandamız İsa Atayevin 36-cı dəqiqədə vurduğu yeganə qolla qalibiyyətə sevinib.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-u İtaliya, 30-u isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.



Xəbər xətti