ABŞ-da Trampın şəkli olan 250 dollarlıq əskinas iddiaları aranı qatdı

10:22 29 May 2026

ABŞ-də Donald Trampın fotosu olan 250 dollarlıq əskinasın dövriyyəyə buraxılması ilə bağlı iddialar gündəmə gəlib.

Sitat.info xəbər verir ki, “Washington Post”un yazdığına görə, Trampın təyin etdiyi bəzi rəsmilər yeni əskinasın hazırlanması üçün Baskı və Gravür Bürosuna təzyiq göstərir.

Lakin qurum nümayəndələri bildiriblər ki, ABŞ qanunlarına əsasən banknotlarda yalnız vəfat etmiş şəxslərin şəkli istifadə oluna bilər. Buna görə də hələ həyatda olan Trampın fotosunun əskinasda yer alması hüquqi problem yarada bilər.

Məlumata görə, təqdim olunan dizaynlardan birində 250 dollarlıq əskinasın mərkəzində Trampın portreti yerləşdirilib. ABŞ Maliyyə naziri Scott Bessent isə bildirib ki, nazirlik yalnız mümkün qanun layihəsinə hazırlıq görür və qərar Konqresdən asılıdır.



Xəbər xətti