SEPAH: Son sutkada Hörmüz boğazından 24 gəmi keçib

17:13 29 May 2026

Son sutkada Hörmüz boğazından 24 gəmi keçib.
 
Sitat.info xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
 
Bildirilib ki, son sutkada 24 gəmi SEPAH və İran Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə Hörmüz boğazından keçib.
 
Məlumatda qeyd olunur ki, əslində boğazdan keçid icazəsi olan gəmilərin sayı daha çoxdur.
 
Lakin, su yolunda tıxacın yaranmasının qarşısının alınması üçün hər gün müəyyən olunmuş sayda gəminin keçidinə icazə verilir.
 
"SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin tədbirləri ilə Hörmüz boğazının təyin olunmuş hissəsindən keçən gəmilərin təhlükəsizliyinə İran tərəfindən zəmanət verilir”, - məlumatda qeyd olunub.
/apa



Xəbər xətti