Yağış yağacaq, dolu düşəcək… - XƏBƏRDARLIQ

17:50 29 May 2026

Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ 
 
Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
 
Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.



Xəbər xətti