Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info Report-a istinadən xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.