Azərbaycanlı meri bıçaqlayan fermer saxlanıldı

19:00 29 May 2026

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayevi bıçaqlayan fermer saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərtac-a Dneprdə yaşayan diaspor fəalımız Eldar Tağıyev məlumat verib.

“Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”ndan Sərxoş İsmayılov, diaspor fəalları Eldar Tağıyev və Pərviz Əliyev, həmçinin Krivoy-Roq şəhərində yaşayan soydaşlarımız Hilal İsayevin müalicə aldığı xəstəxanada olublar. “Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bıçaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir”, - deyə Eldar Tağıyev əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.



Xəbər xətti