Bu gün ABŞ Prezidenti Donald Tramp köməkçiləri ilə görüşdə İranla ilkin razılaşmanın təsdiq edilib-edilməməsi ilə bağlı yekun qərar vermək niyyətindədir.
Sitat.info xəbər verir ki, bunu Tramp "Truth Sosial" şəbəkə hesabında Tehran və Vaşinqton arasında əldə edilən razılaşmanı şərh edərkən yazıb.
"İndi yekun qərar vermək üçün Ağ Evdə görüş keçirəcəyəm", - Tramp əlavə edib.
ABŞ prezidenti qeyd edib ki, İranla sazişin əksər müddəaları artıq razılaşdırılıb. Tramp həmçinin bildirib ki, sazişin müddəalarına uyğun olaraq, İran nüvə silahlarından birdəfəlik imtina etməlidir:
"İran heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacağına razı olmalıdır".