9 min manat maaş deputatları qane edirmi? - Elman Nəsirov DANIŞDI

21:00 29 May 2026

"Aldığım 9 min manat vergiyə cəlb olunmamış hissədir. Seçicilərimiz içərisində maddi durumu çətin olanlar var, bizə müraciətlərdə də bunun bağlı məsələlər olur. İmkan daxilində bu baxımdan da seçicilərimə dəstək oluram"

 Bu sözləri deputat Elman Nəsirov "Sitat.info"nun deputatların maaşı ilə bağlı sualını cavablandırarkən deyib. 

O bildirib ki, nəfsi tox insandır və ehtiyacı olanlara dəstək olur:

"Məşhur bir deyim var: Xoşbəxt o insandır ki, malik olduqları ona kifayət edir. Mən nəfsi tox insanam. Çalışıram ehtiyacı olan insanlara dəstək olum".

Qeyd edək ki, deputat maaşları ilə bağlı son böyük artım 2026-cı ilin martında təsdiqlənib. Deputatların maaşı 7455 manatdan 9000 manata qaldırılıb.

Aytac,

Sitat.info



Xəbər xətti