İran Hörmüz boğazında Rusiya və Çinə xüsusi şərtlər vəd edib

10:05 30 May 2026

Rusiya, Çin və Tehranın digər strateji tərəfdaşları Hörmüz boğazı ilə bağlı məsələlərdə xüsusi rejimdən və daha əlverişli şərtlərdən yararlana biləcəklər.

Sitat.info xəbər  verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib.

Əzizinin sözlərinə görə, İranın dost və strateji tərəfdaş hesab etdiyi ölkələrə münasibətdə tətbiq ediləcək siyasət digər dövlətlərə münasibətdən fərqlənəcək.

O, bunun Tehranın tərəfdaş ölkələrlə əməkdaşlıq siyasətinin bir hissəsi olduğunu vurğulayıb. 

Nigar,

Sitat.info 



Xəbər xətti