Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto

10:17 30 May 2026

Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.

Sitat.info xəbər verir ki, aşkar edilən sümük feaqmentlərinin Balay Ələsgər oğlu Qəribovun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb.

Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Balay Ələsgər oğlu Qəribov, onun həyat yoldaşı 1928 - ci il təvəllüdlü Saray Eyvaz qızı İsmayılova, qızları 1946 -cı il təvəllüdlü Zabilə Balay qızı Ələsgərova, 1954-cü il təvəllüdlü Ramilə Balay qızı Ələsgərova və nəvəsi 1972-ci il təvəllüdlü Nərgiz Aydın qızı Xudaverdiyevanın taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.

 



Xəbər xətti