ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsi onun səhhətində hər hansı problem aşkar etməyib.
Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin mayın 29-da yayımladığı həkim rəyi məlumatında bildirilib.
Sənədə əsasən, mayın 26-da keçirilən müayinə Trampın əla fiziki və zehni sağlamlıq vəziyyətində olduğunu təsdiqləyib. Həkimlər onun prezident və Silahlı Qüvvələrin ali baş komandanı vəzifəsini yerinə yetirməyə tam yararlı olduğunu qeyd ediblər.
Hesabatda Trampın ürək, ağciyər və sinir sisteminin normal işlədiyi vurğulanır. Həkimin fikrincə, onun gərgin iş qrafiki də sağlamlığının yaxşı qalmasına kömək edir.
79 yaşlı Tramp da mayın 26-da sağlamlığında heç bir problem aşkarlanmadığını bildirib. Bu, son 13 ayda onun üçüncü tibbi müayinəsi olub.
Aytac,
Sitat.info