İsrail və Livan hərbi nümayəndə heyətləri mayın 29-da Pentaqonda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Sitat.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər bölgədə təhlükəsizliyin təmin olunması üçün praktiki mexanizmlərin yaradılmasına dair məhsuldar danışıqlar aparıblar. Bildirilib ki, əldə olunacaq nəticələr gələn həftə bərpa ediləcək siyasi danışıqlara da təsir göstərəcək.
Pentaqon hər iki ölkə ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini vurğulayaraq, Livanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Livan Prezidenti Joseph Aoun isə daha əvvəl İsraillə ABŞ vasitəçiliyi ilə aparılan danışıqların təslimçilik olmadığını, ölkənin suverenliyini qorumaq məqsədi daşıdığını bildirib. O, Livanın cənub bölgələrinin azad edilməsinin özünün əsas vəzifələrindən biri olduğunu qeyd edib.
Tehran,
Sitat.info