Özəl 2008-ci ildən bəri FETÖ layihəsi olub - Uludəmir

17:30 30 May 2026

Özgür Özəl və ailəsi 2008-ci ildən bəri FETÖ tərəfindən dəstəklənib. Bir sözlə Özgür Özəl birbaşa FETÖ layihəsi idi.

Sitat.info Türkiyə mediasına istinadla xəbər verir ki, bunu FETÖ etirafçısı Enes Uludəmir yerli mediaya açıqlamasında deyib.

“Əslində məqsəd Dəniz Baykalın gedişindən sonra CHP-yə yerləşdiriləcək şəxsləri müəyyən etmək idi. Və 2008-ci ildə Manisada Ələvi seminarları adı altında seminarlar təşkil etdik. Burada müxalifət qanadında siyasi cəhətdən bacarıqlı şəxsləri müəyyən edib Amerikaya göndərdik. Bunların ön sıralarında Özgür Özəl var idi. Özəl 2008-ci ildən etibarən əhəmiyyətli dərəcədə “yüksəliş” yaşadı, FETÖ tərəfindən vəzifələndirildi və hazırkı vəzifəsinə çatdı”, - Uludəmir əlavə edib.

O, FETÖ-nun Özəli bələdiyyə sədri seçdirmək üçün qurduğu çirkli planı da ifşa edib:

“2010-cu ildə FETÖ onu bələdiyyə sədri seçdirmək üçün Manisada “plan” təşkil etdi. Bu “plan”ın adı “Sümerbank işi” adlanır. Bir çox insan bunu internetdə axtara bilər, amma məhkəmə tərəfindən dərc qadağası tətbiq edildiyi üçün adları görə bilmirlər. Amma FETÖ “plan”ında belə bir şey oldu. “Sümerbank işi”ni gündəmə gətirməklə Manisadakı biznesmenlərin qəyyumları qapı-qapı gəzərək bəyanat yaydılar. Bu bəyanatda iddia edilirdi ki, Manisadakı sözdə AKP rəsmiləri Sümerbankın torpağını ələ keçiriblər. Məqsəd AKP-nin qalib gəlməsinin qarşısını almaq və Özgür Özəlin qələbəsini təmin etmək idi. Amma o dövrdə Manisa siyasətində də bu var idi: AKP-yə getməyən səslər MHP-yə gedirdi və MHP qalib gəlirdi. Bununla da Özgür Özəl qalib gələ bilmədi”.

Bundan başqa, Uludəmir Özgür Özəlin bələdiyyə sədri seçkilərində uduzmasından sonra FETÖ tərəfindən millət vəkilliyə hazırlandığını bildirib:

“Əlbəttə ki, insanlar bu hazırlıq prosesi



Xəbər xətti