Milli komandamız Fransaya QALİB GƏLDİ

17:45 30 May 2026

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.
 
Sitat.info xəbər verir ki, F qrupunda yer alan millimiz Fransa ilə qarşılaşıb. Matç Azərbaycan milli komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Bu nəticədən sonra yığmamız Avropa çempionatında F qrupunu lider kimi başa vurub.
 
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. 
 
Avropa çempionatının qrup mərhələsini lider olaraq başa vuran millimizin 1/8 final mərhələsindəki ilk rəqibi də rəsmiləşib. Komandamız E qrupunun ikincisi olan Qazaxıstan yığması ilə qarşılaşacaq.



Xəbər xətti