ABŞ  İranın hərbi obyektlərinə zərbələr endirib

09:14 1 İyun 2026

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində yerləşən bəzi hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyatlar İranın radar sistemlərini və pilotsuz uçuş aparatlarının idarəetmə infrastrukturunu hədəfə alıb. ABŞ tərəfi bu əməliyyatları “müdafiə xarakterli zərbələr” kimi təqdim edib.

Bildirilib ki, zərbələr İranın ABŞ-yə məxsus MQ-1 dronunu vurması və Vaşinqtonun “təhdid” kimi dəyərləndirdiyi digər hərəkətlərə cavab olaraq həyata keçirilib.

CENTCOM əməliyyat zamanı ABŞ qüvvələri arasında itki olmadığını açıqlayıb və Vaşinqtonun bölgədəki hərbi qüvvələrini və maraqlarını qorumağa davam edəcəyini vurğulayıb.

Nigar,

Sitat.info



Xəbər xətti